Newscenter.az.4.07.2021. “SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”.
Newscenter.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.
“Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”, - deyə o vurğulayıb.