Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyada azərbaycanlı qətlə yetirilib



Newscenter.az.5.07.2021. Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

“Report”un Avropa bürosunun məlumatına görə, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.

Qreven şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.
Xəbəri paylaş