Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ASAP” Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərib

“ASAP” Oxçuçayın çirkləndirilməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlər göndərib


Newscenter.az.5.07.2021. Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyi (ASAP) 2 iyul 2021-ci il tarixində Ermənistan və Alman şirkəti tərəfindən transsərhəd Oxçuçay çayında fəlakətli miqdarda çirklənmənin səbəb olduğu təhlükə ilə bağlı beynəlxalq təşkilatlara ciddi narahatlığını bildirən müraciət ünvanlayıb.

Newscenter.az-a daxil olan müraciətdə, təəssüf hissi ilə Ermənistanın hələ də Transsərhəd Su Hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmaması, həm də konvensiyaya könüllü şəkildə əməl etməməsi vurğulanır.

Sözügedən Konvensiya 1992-ci ildə Helsinki-də qəbul edilib və transsərhəd səth və yeraltı sularının ətraf mühitə uyğun idarə olunması və gücləndirilməsi üçün bir mexanizm rolunu oynayır. Beynəlxalq əməkdaşlıq və ətraf mühit təşkilatları bu və bənzəri Konvensiyaların qorunmasında və tətbiqində hər zaman ciddi tədbirlər görür. ASAP həmin qurumların təsir gücünü bilərək və məsələyə biganə qalmayacqlarını ümid edərək beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutmaları üçün çağırış edib.

Əlavə olaraq, ASAP müraciətdə Oxçuçayın Ermənistan tərəfindən kirləndirilməsinin təbiətə, ətraf mühitə və insanlara vurduğu ciddi zərəri vurğulayaraq beynəlxalq təşkilatlardan bu məlumatı işıqlandırmaq, məsələni araşdırmaq və Ermənistan hökumətini məsuliyyətli davranmağa təkid etmək üçün əllərindəki bütün təsir vasitələrindən istifadə etməyə çağırıb.

Sevinc
Xəbəri paylaş