Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FHN: "dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb"



Newscenter.az.5.07.2021. Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş partlayışla bağlı məlumat yayıb.

Newscenter.az-ın xəbərinə görə, məlumatda deyilir:

"4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

Bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək".
Xəbəri paylaş