Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR



Newscenter.az.5.07.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar ilə Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkə hesabları üzərindən daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından Newscenter.az-a verilən məlumata görə, həftə ərzində ümumilikdə 41 nəfərin müraciəti qeydə alıb və onlardan 11 nəfər isə canlı keçirilən qəbul zamanı dinlənilib.

Könül Nurullayevanın Deputat Qərargahından bildirilib ki, millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. Belə ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən əsas problemlər sırasında məşğulluq, sosial təminat, şəhid ailələri və qazilər üçün nəzərdə tutulan sosial yardım və sağlamlıq durumu ilə bağlı məsələlər dayanır.

Bütün vətəndaşların bu və digər məsələlərlə bağlı müraciətləri qeydiyyata götürüb. Deputat Könül Nurullayeva vətəndaş müraciətlərini ən yaxın zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.

Ruhiyyə
Xəbəri paylaş