Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimov iş başında-FOTOLAR



Newscenter.az.5.07.2021. Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov, ev həbsi üzərindən götürüldükdən sonra ilk olaraq şirkətdə işə çıxıb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə məlumat verən şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva deyib ki, Palmali Şirkətinin əməkdaşları Mənsimovu şirtkətin girişində alqışlarla qarşılayıb:

"Mübariz Mənsimov təntənəli qarşılanmanı görüb gülümsədi və ilk sözü "Hayırdı? Hadi, iş başına" oldu. Deyilən qurban kəsildi. Palmali logolu tort kəsildikdən sonra Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında cıxış etdi".

Fidan Quliyeva bildirib ki, Mübariz Mənsimov hamıya tək tək təşəkkür edib:

"Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmicilərim başda olmaqla hər birinizə təşəkkürlər!".

Sevinc

Xəbəri paylaş