Newscenter.az.5.07.2021. "Toğanadakı Hərbi hissənin komandirinin əxlaqsızlıq və başqa işlərlə məşğul olduğu artıq aidiyyatı şəxslərə də məlum olub və məlum şəxs sərəncama göndərilib. Gülməlisi odur ki, Müdafiə Nazirliyinin rəsmiləri həmin şəxsin fermer general Xəqani Cəbrayılovun kadrı olduğu və onun tərəfindən Hərbi hissəyə komandir təyin edildiyini deyərək məsuliyyəti boynundan atmağa çalışır. Belə çıxır ki, Xəqani Cəbrayılov bir küçə uşağını, narkomanı, alkaşı gətirib Hərbi hissəyə komandir təyin etsə, yenə də heç kimin xəbəri olmaz, onun tərcümeyi halı araşdırılmazdı".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elyar İslamoğlu səsləndirib. Onun sözlərinə görə, bu faktlar Müdafiə Nazirliyinin hansı durumda olduğunun göstəricisidir və tezliklə birinci şəxsindən-sonuncu şəxsinədək vəzifədən azad edilib, yenidən türk modeli ordunun qurulmasının vacibliyini göstərir:
"Müdafiə Nazirliyindəki rüşvət, yeyinti, özbaşınalıq, xəyanət, vəzifədən sui-istifadə halları araşdırılmalı və günahı olan hər kəs məsuliyyətə cəlb edilməlidir".
Mehman