Newscenter.az.5.07.2021. Bakının cənub hissəsində Bulla dəniz sahəsində baş verən partlayışı palçıq vulkanın püskürməsi ilə əlaqələndirmək üçün bütün dövlət orqanları və rəsmilər fəaliyyətdədirlər.
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, onlar ardıcıl açıqlamalar verirlər:
"Əvvəlcə SOCAR adından, sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən məlumat yayıldı ki, palçıq vulkanı püskürüb. Amma, baş verən partlayış və sonra da alovlanan məşəl o qədər güclü və hündür olub ki, onu nəinki Bakıdan, hətta yaxın rayonlardan da müşahidə etmək mümkündür. Odur ki, palçıq vulkanı izahatı inandırıcı görünmür".
Qubad İbadoğlu hesab edir ki, bu İranın və ya Rusiyanın Transxəzər kəmərinə cavabları da ola bilər:
"Nədirsə, əvvəl-axır bilinəcək, əsas odur ki, ölüm-itim olmasın, yanan qaz-neft olsun, pulunu gec də olsa əhalidən çıxaracaqlar".
Mehman