Newscenter.az.5.07.2021. "Şuşaya birinci ayaq basmalı olan, oradakı tədbirdə iştirak etməli olanlar ilk növbədə Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərin ailə üzvləri olmalıydı. Aparıldımı? Xeyir. Bəs Şuşadakı tədbirə aparılanların içərisində kimlər var idi? Vaxtilə Ulu Öndər Heydər Əliyevin ölümünü lağa qoyanlar, onu ən ağır şəkildə mətbuatda təhqir edənlər, Prezident İlham Əliyevə təhqir yazaraq olmazın böhtanlar deyənlər, gündə əqidə dəyişənlər, yaltaqlar, höküməti şantaj edənlər və s".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elyar İslamoğlu səsləndirib. O, daha sonra bunları qeyd edib:
"Maraqlıdır ki, belə tədbirlərin siyahısını kim tutur? Mükafatlar, mənzillər, ilin filanları, vəzifələr də ölkədəki ən yaltaq, problemləri ört-basdır edən, davamlı yalan danışan, hər şeyi malalayan gənclərə verilir. Amma dövlətin, ölkənin inkişafı üçün problemləri göstərən, rüşvətə-korrupsiyaya yox deyən, dövlətini təmənnasız sevən, vətənpərvər gənclər kirayələrdə sürünür, ya dolanışıq üçün o işdən-bu işə qaçır, ya da hər şeydən bezib ölkəni tərk edir".
Elyar İslamoğlu bildirib ki, bu ölkədə vətənpərvərlərə, sadiqlərə, dövlətini sevənlərə heç zaman yer olmadı, bundan sonra da olacağına inamım yoxdur.
Mehman