Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib



Newscenter.az.5.07.2021. Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Xəbəri paylaş