Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdamın işğaldan azad edilmiş kəndində narkotik tərkibli bitkilər aşkar edilib



Newscenter.az.6.07.2021. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri uğurla davam etdirir. Belə tədbirlər rayonun işğaldan azad olunmuş ərazilərində də keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində baş tutan növbəti tədbir zamanı meşə zolağı və göl ətrafında narkotik tərkibli bitkilər aşkar edilib.

Polis əməkdaşları tərəfindən çəkisi 1,2 tondan artıq olan 2682 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.
Xəbəri paylaş