Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilərin regionda yaranmış mövcud reallıqdan xəbərləri yoxdur



Newscenter.az.6.07.2021. Azərbaycanın öz əzəli və əbədi torpaqlarını erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı 44 günlük Vətən Müharibəsinə son qoyan və bununla da erməni faşistlərini tam və qəti məğlubiyyətdən xilas edən, onların son nəfərlərinə qədər Azərbaycan torpaqlarından qovulmasının qarşısını alan 10 noyabr 2020-ci il tarixli üç tərəfli razılaşmadan 8 ay keçməsinə baxmayaraq ermənilər və onların havadarları hələ də öz məkirli niyyətlərindən əl çəkməyiblər.

Qeyd edilən üç tərəfli razılaşmanın baş memarı olan Rusiya hələ də nəinki onun əsas müddəalarının (erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycanlı köçkünlərin öz doğma yurdlarına qaytarılması, Zəngəzur dəhlizinin açılması üşün əməli, konkret tədbirlərin görülməsi) yerinə yetirilməsinə hərtərəfli mane olur, əksinə, bütün qüvvəsi ilə seperatçı rejimin dirçəlməsinə kömək edir, erməniləri, eləcə də, əvvəllər bu ərazilərdə yaşamayanları, müxtəlif yollarla Dağlıq Qarabağın hələ də “sülhməramlıların” nəzarəti altında olan ərazilərə köçürür, onlara hərtərəfli yardımlar edir. Bu azmış kimi, bu prosesə digər xristian dövlətlərini, xüsusilə də, qatı türk düşməni olan Fransanı cəlb etmək istəyir. KİV-də yayılan məlumatlar görə Rusiya Prezidenti fransız həmkarı Makronla telefon danışığında, Qarabağda hərbi əməliyyatlardan “əziyyət” çəkmiş rayonların əhalisinin humanitar problemlərinin həllində avropalı tərədaşların, xüsusən də Fransanın daha sıx iştirakının zəruri olduğunu deyib, onu ermənilərə hərtəfli yardım etməyə dəvət edib (!?).

Məhz Rusiyanın əməldə üç tərəfli razılaşmaya məhəl qoymamasının, ermənilərə hərtərəfli dəstək verməsinin nəticəsidir ki, bu gün ermənilər hələ də revanşizm mövqeyindən çıxış etməkdə davam edirlər, qondarma “Arsaxın” statusundan dəm vürurlar, sərhəddə təxribat törətməkdən çəkinmirlər, Zəngəzur dəhlizinin açlmasına imkan verməyəcəkləri, sülh sazişini imzalamayacaqları barədə çərənləyirlər. Məhz Rusiyanın əməldə anti-Azərbaycan mövqe sərgiləməsi, uzun müddət torpaqlarımızı işğal altında saxlmaq üçün ermənilərdən bir vasitə kimi istifadə etməyə cəhd etməsinin nəticəsidir ki, bundan ruhlanan Ermənistanın XİN-i vəzifəsinə namizəd Ruben Rubinyan “Bakı Qarabağ xalqının iradəsinə əsaslanan Dağlıq Qarabağın statusunu tanıyacağı təqdirdə Ermənistan məmnuniyyətlə Azərbaycanla bu sənədi imzalayacaq” deməyə cəsarət edir. Bu azmış kimi Ermənistan Prezidentinin müşaviri Tevan Poqosyan “Xankəndini, İrəvan kimi, erməni paytaxtına çevirmək lazımdır” deyə çərənləyir.

Rusiyanın bütün vasitələrdən istifadə edərək “sülhməramlı” adı altında Azərbaycanda uzun müddət qalmaq, bəzi Qərb dövlətlərinin, xüsusilə Fransanın Cənubi Qafqaza nüfuz etmək, bu ərazilərdə “söz sahibi olmaq” istəyi haradasa “başadüşüləndir” (Azərbaycanın buna imkan verməyəcəyinə qəti əminik!). Bəs bu, sözün həqiqi mənasında bədbəxt, ələbaxım, yaltaq ermənilərə nə vəd edir? Bu bədbəxtlər hələ başa düşmürlər ki, başqalarının əlində öz məkirli niyyətlərinə çatmaq üçün alətdirlər? Başa düşmürlər ki, onların gələcək taleyi Rusiyadan, Fransadan, digər türk düşməni olan xristian dövlətlrindən deyil, məhz Azərbaycandan, Türkiyədən, onlarla mehriban qonşuluq münasibətlərindən asılıdır? Ermənilərin regionda yaranmış mövcud reallıqdan xəbərləri yoxdur, yoxsa havadarlarına arxalanaraq bu reallığı qəbul etmək istəmirlər? Ermənilər başa düşmürlər ki, öz məkirli niyyətlərindən əl çəkməsələr onları daha acınacaqlı tale gözləyir və heç kim onları Azərbaycanın “dəmir yumuruğundan” xilas etməyəcək?

Ermənilər, nə qədər gec deyil başınıza yeni “dəmir yumuruq” dəyməmiş ayılın!

Teyyub Əliyev-Təkamül Partiyasının sədri
Xəbəri paylaş