Newscenter.az.6.07.2021. Rusiyada “An-26” markalı sərnişin təyyarəsi Kamçatka səmasında radarlardan itib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsindən bildirilib.
Təyyarə “Kamtask hava yollar”ı şirkətinə məxsusdur.
İlkin məlumata görə, “An-26”nın göyərtəsində biri uşaq olmaqla 22 sərnişin və 6 ekipaj üzvü var. Təyyarə Petropavlovsk-Kamçatka reysi ilə hərəkət edirmiş. Lakin ekipaş üzvləri təyin olunan vaxta əlaqəyə girməyib.
Xilasedicilər “Mi-8” helikopteri vasitəsi ilə axtarış-əməliyyat tədbiri həyata keçirirlər.
“Kamtask hava yollar”ı şirkəti təyyarənin qəzaya uğradığını hələ ki təsdiqləməyib.