Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taxıl sahəsinin yanğından sığortalanması tarifləri açıqlanıb



Newscenter.az.6.07.2021.
Azərbaycanda son günlər ayrı-ayrı regionlarda baş verən yanğın hadisələri, o cümlədən açıq ərazilərdə olan yanğınlar taxıl və digər əkinləri də əhatə edir. Eləcə də, bir sıra regionlarda havaların qeyri-sabit keçməsi və dolu-yağış halları əkinlərə də zərər vurur.

Newscenter.az-ın xəbərinə görə, Aqrar Sığorta fondu fermerlərə və iş adamlarına xatırladır ki, ölkədə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə taxıl və digər əkinləri sərfəli şərtlərlə, 50% dövlət güzəşti ilə sığortalamaq mümkündür. Nəticədə iş adamları cüzi məbləğ ödəməklə öz sahələrini bütün əsas risklərdən və təbiət hadisələrindən sığorta edə bilərlər.

Aqrar sığorta tariflərinə əsasən 1 hektar taxıl (buğda-arpa) sahəsini yanğından, doludan və digər hadisələrdən sığortalanması üçün sığorta haqqı:

Qarabağda 10 manat
Şəki-Zaqatalada 16-17 manat
Lənkəran regionunda 7 manat
Dağlıq Şirvan bölgəsində 11-12 manat
Aran rayonlarında 8 manat
Quba-Xaçmaz bölgəsində 7 manat
Gəncə-Qazax zonasında 24-25 manat
Abşeron bölgəsində 7 manatdır.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Sevinc
Xəbəri paylaş