Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

44 günlük müharibədə dərsini almayan ermənilər



Newscenter.az.7.07.2021. Ötən gün Ağdamda bir hərbçimizin yaralanması ilə nəticələnən hadisə bir daha onu göstərir ki, Ermənistanı dövlət olaraq qarşımızda diz çökdürdüyümüz kimi, 44 günlük müharibədə dərsini almayan erməniləri də anladıqları dildə bir daha başa salmalıyıq. Görünən də odur ki, Azərbaycanın bu qədər xoş niyyətinə baxmayaraq rahat yaşaya biıməyən bu xəstə təfəkkürlü toplumun yeganə əlacı Dəmir yumruqdur.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkilinin sözlərinə görə, bölgənin digər dövlətləri də anlamalıdır ki, revanş və terror niyyətində olan hər bir erməni Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti üçün təhdiddir:

"Bu mənada cəzanın hüquqi məqsədlərinə uyğun olaraq, yeni cinayətlərin qarşısının alınması üçün "islah olunmamış" ermənilərin cəzalandırılmaları labüd və zəruridir. Eyni zamanda, bu gün baş verən terror hücumu müvəqqəti olaraq onların nəzarətində olan ərazidən törədildiyi üçün, Rusiya sülhməramlıları məsuliyyətlərini daha dərindən dərk etməli, onlar niyə Azərbaycanda olduqlarını unutmamalı və əsas diqqətlərini bölgəyə gəliş məqsədlərinə yönəltməli, 10 noyabr bəyanatının ruhuna, o cümlədən Rusiya dövlət başçısının özünün dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə ifadə etdiyi və beynəlxalq hüquqa əsaslanan yüksək hörmət ruhunda mövqeyinə sadiq qalmalıdır".

Deputat daha sonra qeyd edib:

"Ümumiyyətlə isə heç kim unutmamalıdır ki, Azərbaycan 6-cı nəsil müharibə aparıb qalib gəlmiş yeni hərbi gücdür. Təbii ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və minlərlə şəhid və qazimizin qanı hesabına qazandığımız şanlı Zəfərə nə 3-5 erməni dığası nə də onları himayə edən hər hansı kənar bir qüvvə kölgə sala bilməz. Bölgədə yeni reallığı Azərbaycan yaradıb və bu reallığın gələcək konturlarını da yalnız və yalnız Azərbaycan müəyyən edə bilər".

Mehman
Xəbəri paylaş