Avropanın 3 ölkəsindən 85 azərbaycanlı deportasiya olunub
Tarix: 7-07-2021, 12:31
Newscenter.az.7.97.2021. Almaniya, Belçika və Niderlanddan bu ilin əvvəlindən 85 azərbaycanlı deportasiya olunub.
"Report"un Avropa bürosunun yerli miqrasiya xidmətlərinə istinadən məlumatına görə, bunlardan 65 nəfər Almaniyadan, 15 nəfər Belçikadan, 5 nəfər isə Niderlandan deportasiya olunub. Almaniyadan deport olunanlardan 1 nəfər intihara cəhd edib.
Deport olunanlardan 70 nəfəri Azərbaycan vətəndaşıdır. Qalanları Rusiya, Gürcüstan və Qazaxıstan vətəndaşı olan azərbaycanlılardır.












































