Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın böyük sülh müqaviləsini imzalamaması indiki halda bizim xeyrimizədir



Newscenter.az.7.07.2021.. "Hər kəs Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsindən danışır. Əgər bu müqavilə imzalanarsa biz Ermənistana təzminat davası aça bilməyəcəyik. Eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzurdan, Göyçədən vaz keçmək zorunda qalacağıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov səsləndirib. O bildirib ki, Ermənistanın böyük sülh müqaviləsini imzalamaması, Azərbaycanın müstəqilliyini tanımaması indiki halda bizim xeyrimizədir:

"Çünki Azərbaycan heç vaxt indiki kimi güclü olmayıb. Biz bu fürsəti dəyərləndirərək Ermənistana qarşı təzminat davası açmalı, eyni zamanda rəsmi olaraq torpaq iddiaları irəli sürməliyik. Bunun üçün əlimizdə ciddi əsaslarımız var".

Mehman
Xəbəri paylaş