Azərbaycan-Türkiyə qardaşlığını təcəssüm etdirən abidə ucaldılacaq
Tarix: 8-07-2021, 10:10
Newscenter.az.8.07.2021. Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərini təcəssüm etdirən abidə ucaldılacaq.
Abidə Azərbaycan dövlətinin I Dünya müharibəsində Osmanlı imeratorluğu ilə eyni cəbhədə mübarizə apardığını və “İki dövlət və bir millət” ruhunu nümayiş etdirəcək.
Abidənin 2021-2022-ci illərdə ucaldılması nəzərdə tutulur.
Abidənin yeri hələ ki, müəyyənləşdirilməyib.