Newscenter.az.8.07.2021. Bu gün Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 75-ci sessiyasının Prezidenti Volkan Bozkır Beynəlxalq Türk Akademiyasına xüsusi ziyarət gerçəkləşdirdi.
Newscenter.az xəbər verir ki, ali qonağı Türk Akademiyasının prezidenti Darhan Kıdıralı qarşılayıb.
Qonağı Türk Akademiyasının kitabxanası və zəngin kitab fondu ilə tanış edən Akademiya rəhbəri Assambleya Prezidentinə təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.
Volkan Bozkır Türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsində Türk Akademiyasının çox vacib rol oynadığını qeyd etdi və səmərəli fəaliyyətə görə təşəkkürlərini çatdırıb.
Sonda ali qonağa Akademiyanın dəyərli nəşrləri hədiyyə edilib.