Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadçı yazır: "Sosial fəlakətə aparan yol"



Newscenter.az.8.07.2021. Təxminən 24-25 il qabaq Azərbaycan büdcəsinin gəlirləri 500-600 milyon dollar idi. Ölkədə pul çatışmazlığı vardı və buna görə də hökumət Dünya Bankı və Beynəlxalq Fondundan kredit almaq üçün intensiv danışıqlar aparırdı. Təbii ki, qarşı tərəfin öz şərtləri var idi və şərtlərdən biri də kommunal xidmətlərin bahalaşdırmaq idi. Ancaq təcrübəli Heydər Əliyev başqa şərtləri qəbul etsə də, kommunal xidmətləri bahalaşdırmaqdan sona qədər imtina etdi. Çünki xalqın vəziyyətini gözəl bilirdi...

Azərbaycana böyük neft dollarları axmağa başlayanda isəhökumət gəlirlərin ədalətli bölgüsünü təmin etmək evəzinə kommunal xidmətləri fantastik həddə bahalaşdırdı. 2003-cü ilə qədər qazın 1 kubmetri 0,6 qəpik idisə, indi güzəşli limit belə 17 dəfə bahalaşıb (10 qəpik), güzəştsiz limit isə (20 qəpik) 33 dəfə bahalaşıb. Elektirik enerjisi 6, su 4-5 dəfə bahalaşıb...

170 faizlik devalvasiya şokundan sonra epedemiya şökunu yaşayan Azərbaycan insanının vəziyyəti isə getdikcək pisləşməyə doğru gedir... Rusiyada pul axını (regionların əsas maliyyə qaynağı) kəskin azalıb, iş yerləri qapadılır, sosial vəziyyət pisləşir. Ancaq kimmunal ödənişlər kəllə çarxdadır. O biri tərəfdənsə, kommunal nəzarətçilər çox pis tərbiyə olunmuş adamllardan formalşdırılır, gəlib işığı, suyu, qazı kəsirlər və at kimi dirənirlər ki, kimə kimə istəyirsən şikayər et. Yəni prrezidenti də, baş prpkuroru da, məhkənəni də hərləmirlər. Ölkədə potensial sosial partlayışların əsas mənbəyi də budur - bahalı kommunal xidmətlər və heç kimi hərləməyən nəzarətçilər...

Yeri gəlmişkən, 24-25 il qabaq ölkənin büdcə gəlirləri 500-600 milyon dollar idi, ancaq 15 il qabaq Ziya Məmmədov bu məbləği Gənclikdə bir yol dairəsinin titintisinə sildi. Hökumət gəlirlərin ədalətli bölgüsünə çalışmalı, korrpsiya riskləri azalmalı və kommunal xidmətləri ucuzlaşdırmalıdır. Əks halda kortbəii sosial partlayışlar qaçılmaz olacaq. Adamın suyu, işığı, qazı kəsilirsə, uşağını normal qidalandıra bilmirsə, xəstəsinin müalicəsinə pul tapa bilmirsə, bütün şit təbligatlar sabun köpüyüdür və bədəli mütləq olacaq!

Qadir İbrahimli-iqtisadçı ekspert
Xəbəri paylaş