Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müsabiqənin qalibləri bəlli olub



Newscenter.az.8.07.2021. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Nizami dünyası” adlı intellektual müsabiqənin qalibləri bəlli olub.

Newscenter.az-ın xəbərinə görə, nəticələrə əsasən, 278 nömrəli tam orta məktəbin şagirdi Günay Məhərrəmova, 149 nömrəli tam orta məktəbin şagirdi Aysun Abbasova I yerə, 234 nömrəli tam orta məktəbin şagirdi Xəyyam İsmayılov, 164 nömrəli tam orta məktəbin şagirdi Məryəm İbrahimova II yerə, 299 nömrəli məktəb-liseyin şagirdi Nigar Kərimova və 249 nömrəli tam orta məktəbin şagirdi İnci Məlikli isə III yerə layiq görülüblər. Müsabiqədə fərqlənən 106 nömrəli tam orta məktəbin şagirdi Mədinə Süleymanlı, 277 nömrəli tam orta məktəbin şagirdi Fidan Əliquliyeva, 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov və 276 nömrəli tam orta məktəbin şagirdi Zemfira Quliyeva isə həvəsləndirici yeri tutublar.

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə onlayn qaydada (xüsusi proqram təminatı ils.edu.az vasitəsilə) keçirilib.

Müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami Gəncəvi irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

R.Mehdiyeva
Xəbəri paylaş