Newscenter.az.8.07.2021. Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətinə başlaması işləri sürətləndirilir.
“Report”un xəbərinə görə, bu barədə Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əks olunub.
Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Türkiyə Maarif Vəqfinin Azərbaycanda təhsil fəaliyyətlərinə başlaya bilməsi üçün Anlaşma Memorandumunun imzalanması sürətləndiriləcək.
Türkiyə Maarif Vəqfinin fəaliyyətlərini, imtiyaz və istisnalarını tənzimləyəcək hökumətlərarası sənəd layihəsi diplomatik kanallar vasitəsi ilə Azərbaycan tərəfinə təqdim ediləcək.
Bu işlərin həyata keçirilməsi Azərbaycan tərəfdən Təhsil Nazirliyinə Türkiyə tərəfdən isə Türkiyə Maarif Vəqfi və Milli Təhsil Nazirliyinə tapşırılıb.