Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təlimləri keçiriləcək
Tarix: 8-07-2021, 19:39
Newscenter.az.8.07.2021. Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək.
Bildirilib ki, bu gün "Eternity-2021" təlimlərinin ilk planlaşdırma iclası baş tutub.