Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında müqavilə təsdiqləndi



Newscenter.az.9.07.2021. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikas Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair” Müqavilənin təsdiq edilməsi barədə sənəd müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, sənəddə tərəflər məxfi informasiyanın mühafizəsi üzrə öhdəliklər götürüblər.

Sənəddə məxfi informasiyanın istifadəsi və işlənilməsi şərtləri və s. məqamlar öz əksini tapıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq təsdiqlənib.
Xəbəri paylaş