Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş pediatr: "Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər"



Newscenter.az.9.07.2021. "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "Pfizer" peyvəndinin 12 yaş üstü uşaqlara vurula bildiyi təsdiqlənib".

Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rahimov deyib.

Onun sözlərinə görə, digər peyvəndlərdə tədqiqatlar aparıldığı üçün onların istifadəsi ilə bağlı dəqiq məlumat yoxdur.

“İnanıram ki, peyvəndlərin gələcəkdə bir neçəsinin də uşaqlara vurula bilməsi təsdiqlənəcək. Risk qrupuna aid uşaqlara COVID-19 vaskini vurula bilər. Bunlar xroniki xəstəliyi, böyrək, ürək çatışmazlığı və s. xəstəliklərdir. Artıq bəzi uşaqlarda xəstəliyin ağır nəticələri olduğuna görə onların da peyvənd olunması lazımdır”.
Xəbəri paylaş