Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq ictimaiyyət hər zaman olduğu kimi yenə də susqunluq nümayiş etdirir



Newscenter.az.9.07.2021. Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq siyasəti aparması, maddi-mədəniyyət abidələrinə, muzeylərə, məscidlərə, qəbirlərə qarşı vandalizm hərəkətləri törətməsi azmış kimi, bu ölkə indi də ölkəmizə və təbiətimizə qarşı ekoloji terrora rəvac verir. Söhbət əlbəttə ki, ilk növbədə Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsindən gedir.

Əslində bu problem sovet dövründə də mövcud idi, lakin 30 illik işğal dönəmində və hazırda Ermənistanın sözügedən ekoterror siyasəti artıq açıq-aşkar kütləvi hal alıb. Və ən pisi də budur ki, bu prosesdə bir sıra xarici şirkətlər də, xüsusən də Almaniya şirkətləri terrorçu dövlətin yanında yer alır və onun ekoloji faşizminə şərik olurlar. Beynəlxalq ictimaiyyət isə hər zaman olduğu kimi yenə də susqunluq nümayiş etdirir və Ermənistanın regionun ekosisteminə qarşı yol verdiyi vandallığı görməzdən gəlir.

Biz beynəlxalq qurumların bu mövqeyini, biganəliyini qınayırıq. Onlar Ermənistan adlı şər yuvasının təbiətimizə və bütövlükdə Cənubi Qafqazın ekosisteminə qarşı yol verdiyi barbarlığa, cinayətə göz yummamalı, susmamalıdırlar. Artıq reaksiya bildirmələrinin tam zamanıdır. Qonşu ölkələr də Ermənistanın təbiətə qarşı düşmənçiliyini pisləməlidirlər. Çünki bu düşmənçilik sonda hamımızı təhdid edir.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş