Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin I yarısında Energetika Nazirliyi tərəfindən 125 icazə verilib



Newscenter.az.9.07.2021. 2021-ci ilin ikinci rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 56 icazə verilib. Bunlardan 53-i ixrac nəzarətinə düşən malların idxalı, 2-si ixrac nəzarətinə düşən malların ixracı, 1-i isə tranziti ilə bağlı olub. Bu dövrdə 56 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Newscenter.az-a nazirlikdən bildirilib ki, ümumilikdə isə bu ilin 6 ayı ərzində ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 125 icazə verilib. Onlardan 114-ü ixrac nəzarətinə düşən malların idxalı, 3-ü ixracı, 8-i isə tranziti ilə bağlı olub.

Yarımildə 107 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Sevinc
Xəbəri paylaş