Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şabranda qaydaları pozan velosiped sürücüləri saxlanılıb



Newscenter.az.9.07.2021. Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə profilaktiki tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Newscenter.az-a verilən məlumata görə, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizlik kəmərindən istifadə etməyən, eləcə də işıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən sürücüləri saxlayaraq onlarla profilaktik söhbətlər aparıblar.

Həmçinin tədbirlər zamanı qaydaları pozan moped və velosiped sürücüləri də saxlanılıb. Onlara təyin olunmuş qaydalara ciddi riayət etmələri və özlərinin sağlamlıqları üçün mütləq qaydada dəbilqədən istifadə etmələri tapşırılıb.

Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, qaydaları yenidən pozan sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb.

Mehman
Xəbəri paylaş