Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Nyu York kimi baş planı formasında tikilməsinə kimlər mane olub?



Newscenter.az.10.07.2021. Şəkildə solda paytaxtın "Tarqovı” məhəllə kimi tanınan ərazisində, Natəvanın heykəlinin arxasında yerləşən və keçən ilin sonlarında sökülən "Azərbaycan” kinoteatrı olan küçədir və soldakı Nyu Yorkun Times Square adlanan küçəsi və mərkəzidir.

Bakı şəhərinin baş planı hazırlanan zaman buranın Amerikanın ən böyük şəhərlərindən olan Nyu Yorkun salınma planına uyğun salınması nəzərdə tutulmuş idi. Bakının ilk Baş Planı 1898-ci ildə həmin dövrün ən məşhur memarlarından biri olan N.A.fon Der Nonne tərəfindən hazırlanmışdı. Der Nonnenin məqsədi Bakının genişləndirilməsi idi və məhz onun layihəsi əsasında şəhərin Dağüstü hissəsində tikintilər aparılırdı. Der Nonnenin planı 1900-cı ildə tam başa çatdırıldı. Şəhərsalma prinsiplərinə görə, Bakının inkişafı müxtəlif layihə prinsipləri üzrə ola bilərdi. Der Nonnenə Çindəki Pekin və ya Kioto, ABŞ-dakı Çikaqonun baş planı "şahmat planlaşdırması" forması, Rotterdam, Neapol, San-Fransisko və ya Milan isə zolaqvari, yaxud xətti; Nyu-York radial-həlqəvari; Paris və ya Rio de Janeyro - çoxşüalı, ulduzvari; Stokholm və ya Kiyev - çoxnüvəli, ləçəkvari; İstanbul və ya Tokio isə qeyri-nizami struktur forması təklif edilir ki, məhz Bakı bu formada tikilə bilər.

Der Nonnen Bakının Nyu-York radial-həlqəvari formasında tikilməsinə üstünülük verir və neft və milyonlar səltənəti olan Azərbaycanın paytxatı olan Bakını dünyanın maliyyə paytaxı olan Nyu York kimi olmasını seçir. Onun fikirinə görə gələcəkdə bu iki şəhər dünyanın mərkəzləri ola bilərdi.
Amma əvvəlcə Birinci Dünya Müharibəsi başlandı, sonra bolşevik inqilabı oldu. Plan unuduldu. "Kimin nəyinə gərəkdi bu kağız parçası" - bolşevik Bünyad Sərdarov özü kimi bolşevik Çingiz İldırıma Bakının planı ilə bağlı belə demişdi.

İllər keçdi, 1932-ci ildə Bakının ikinci Baş Planı işləndi, 32 il sonra da Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqlədi.

Proses bitməmişdi. 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olundu. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edirdi. Bir sözlə sovetlər bütün imkanlarını ortaya qoyaraq Bakının Nyu York formasında tikilişinə mane oldular və hələ XIX əsrin sonu XX əsrin əvvələrində hazırlanan planı arxivə atdılar..

Dosent Zaur Əliyev
Xəbəri paylaş