Newscenter.az.10.07.2021. "Bu gün sosial şəbəkələrdə və bəzi saytlarda yayımlanan videotəsvirlərə əsasən Dövlət Gömrük Komitəsinin dayanacağında avtomobilini saxlayan vətəndaşın 1 manat vəsait ödəmədiyi üçün guya girov saxlanıldığına dair iddialar irəli sürülüb. Bu videonu durmadan tirajlayanlara bildirirəm ki, Bakı Baş Gömrük İdarəsinin yaxınlığında yerləşən həmin dayanacaq gömrük orqanlarına aid deyil, sahibkara məxsus özəl dayanacaqdır",
Newscenter.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov facebook sosial şəbəkə profilində qeyd edib. DGK rəsmisi bildirib ki, vətəndaşdan pul tələb edən şəxs də gömrük orqanlarında xidmət etmir:
"Onu da diqqətə çatdırım ki, həmin dayanacağın xidmətləri gömrük əməkdaşları üçün də ödənişlidir".
Sevinc