Newscenter.az.10.07.2021. Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirib.
Mərkəzdən bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.
İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.