Newscenter.az.11.07.2021. ABŞ yenə də baynəlxalq birliyə, xüsusilə də hegomon dövlətlərə əzələ nümayiş etdirməyə başlayıb. Ona görə də istər region, istərsə də dünya dövlətlərinə açıq şəkildə mesaj verməyə başlayıb.
Ukrayna və NATO-nun birgə iştirakı ilə "Sea Breeze” təlimləri keçrilməyə başlayıb. Bu təlimlərə ümumilikdə 32 ölkədən 5 min hərbçi, 40 təyyarə və 32 gəmi qatılıb. Şübhəsiz ki, bu təlimlərin məqsədi Qara dənizdə güc nümayişidir. Elə bu təlimlərdə iştirak edən ABŞ-ın "USS Ross” hərbi gəmisinin komandiri Con D. Con NATO-nun "Sea Breeze 2021” təlimi ilə bağlı danışarkən beynalxalq birliyə açıq şəkildə mesaj vermiş oldu. O, bildirb ki, "Beynəlxalq birliyə göstərdik ki, hər hansı bir ölkənin Qara dənizə və beynəlxalq sulara heç bir iddiası ola bilməz". ABŞ-ın burada mesaj vermək istədiyi əsas ölkə şübhəsiz ki Rusiyadır. Yəni ABŞ bununla Rusiyaya demək istəyir ki, sən özbaşına bildiyin və istədiyin yerləri işğal edə bilməzsən.
ABŞ hərbiçisi onu da qeyd edib ki, "döyüş manevrlərinin əsas məqsədi iştirakçı ölkələrin avadanlıqlarının və personalının qarşılıqlı formada fəaliyyətini yaxşılaşdırmaqdır".
O, daha sonra sözlərinə əlavə edib ki, "Bu sular beynəlxalq birliyə aiddir və bütün ölkələrin bu su yollarına çıxışını təmin etməyi öhdəmizə götürdük".
ABŞ tərəfinin bu fikri söyləməsi isə Rusiyaya açıq şəkildə Ukrayna burada tək deyil, bizdə burada varıq və sənin hər hərəkətinə nəzarət edirik mesajının verilməsidir.
Görünən odur ki, NATO-nun Ukrayna ilə birgə Qara dənizdə belə hərbi təlimlər keçməsində əsas məqsəd Rusiyanı qara dənizdə sıxışdırmaq, hər addımda Rusiyaya Krımın ilhaqı ilə barışmayacaqlar mesajını verməkdir.
Şübhəsiz ki, Rusiya tərəfi NATO və Ukraynanın bu təlimləri Qara dənizdə keçməsinə heç də yaxşı baxmır və bununla bağlı açıq narahatlıq və narazılıqlarını bildirir.
Samir Hümbətov-siyasi şərhçi