Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metamfetamin nədir və insanı necə məhv edir?

Metamfetamin nədir və insanı necə məhv edir?


Newscenter.az.11.07.2021. Son vaxtlar Azərbaycanda da geniş yayılan metamfetamin maddəsinin insan orqanizminə yan təsirləri, onun yaratdığı ciddi fəsadlar barədə danışılsa da, lakin təəssüflər olsun ki, cəmiyyəti, xüsusilə gəncləri bu bəladan uzaqlaşdırmaq mümkün olmur. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar zamanı da sözügedən madədən daha çox istifadə edənlərin gənclər olduğu müəyyənləşib. Bəs görəsən, metamfetamin (şüşə) necə yaranıb və insan üçün hansı öldürücü təsirləri var?

Həkim qastroenteroloq hepatoloq Aysel Əskərova bununla bağlı maraqlı araşdırma aparıb. Aysel Əskərovanın araşdırmasını təqdim edirik.

Yaponiyalı bir kimyagərin ixtira etdiyi metamfetamin maddəsi dünyada ən sürətlə yayılan, daha çox zərərli və son dərəcə təhlükəli bir narkotikdir Ən çox istifadə olunan adı isə met və şüşədir.

Metamfetamindən ilk dəfə İkinci Dünya Müharibəsində əsgərlərin oyaq qala bilməsi üçün istifadə edilmişdir.

Metamfetamin sintetik bir maddədir.

Metamfetamin beyinin funksiyasını pozmaqla depressiyaya yaradır.Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır.Metamfetamin (şüşə) ani ölümlərə səbəb olur.Metamfetamindən istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tütması ilə bağlı ani ölümlərə səbəb olur. İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir. Həmçinin bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır. .Eyni zamanda metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır.

Dünyanın ən təhlükəli narkotik vasitəsi olaraq qəbul edilməkdədir

Bu maddə ondan istifadə edənlərin fiziki və ruhsal güclərini ələ keçirən bir zəhərdir. Son illər dünyada heç bir sərhəd tanımadan “şüşə” istifadəçilərinin sayında sürətli artım müşahidə olunur. Bu vasitə ondan istifadə edənlərin həyatlarını alt-üst edir. Bu narkotik vasitə öz mənfi təzahürləri ilə tək istifadəçilərinin yox, onunla paralel ailə üzvlərinin də yaşamını təhlükə ilə üz-üzə qoyur.
Metamfetamin beyində funksional dəyişikliklərə səbəb olur.

Metamfetamin istifadəçinin ilk öncə beyininə təsir edir, xəyallar görməyə başlayır, qeybdən səslər duyur və getdikcə özünə nəzarəti itirməyə başlayır. İstifadə sonrası maddə beyində funksional dəyişikliklərə səbəb olur.

Uzun müddət metamfetamindən (şüşə) istifadə edənlərin beyinlərində dopamin hüceyrələri zərər görür və zamanla dopaminin səviyyəsi azalması nəticəsində ciddi hərəkət pozğunluğu əmələ gəlir.

Nəticə etibarı ilə metamfetamin (şüşə) ilk istifadədən sonra qısa bir müddətdə asılılıq yaradır və istifadə müddətində getdikcə daha çox dozada qəbul etmə ehtiyacına səbəb olur.

NEWSCENTER.AZ
Xəbəri paylaş