Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib



Newscenter.az.11.07.2021. "Demək, 46 dövlətin səfiri Şuşaya gedib, oradakı reallığı öz gözləriylə görməyə dəvət olunurlar, hamısı gedir, ABŞ-la , Fransanınkı, hə bir də Rusiyanınkı getmir. Bəlkə, ora atdırılan İsgəndər-M raketinin qalıqlarının partlamasından qorxublar, o üzdən dəvətdən imtina ediblər?"

Newscenter.az. xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sahib Alıyev səsləndirib. Millət vəkilinin sözlərinə görə, ciddi deməli olsaq, getməmələrinin səbəbi aydındır:

"Bununla bir daha göstərirlər ki, Minsk qrupunun hər üç həmsədri Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsini istəməyib. Sirr deyil ki, onlardan ikisi qarşıdurmaya beynəlxalq normalara uyğun deyil, hayların maraqları çərçivəsində son qoyulmasını arzulayıb, biri isə münaqişənin necə var qalmasının, onun həllindənsə idarə edilməsinin tərəfdarı olub".

Deputat bildirib ki, Azərbaycan məhz bu üçlüyün istəyinə və marağına rəğmən öz torpaqlarını geri qaytarmağı bacarıb:

"Bu reallıq, geosiyasi alət kimi faydalandıqlarının kimlikləri, yerləri və durumları özəllliklə də Şuşadan o qədər qabarıq nəzərə çarpır ki, hər üç ölkənin səfirini başa düşmək çətin deyil".

Mehman
Xəbəri paylaş