Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə də COVİD-19-a yoluxma sayı artır



Newscenter.az.11.07.2021. Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 37 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 184 nəfər test edilib, onların 5530-nun koronavirus testi pozitiv nəticə verib, 5217 nəfər sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl gündəlik yoluxma sayı 3500-4000 nəfər arasında dəyişirdi.
Xəbəri paylaş