Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətənə qayıdan soydaşımızdan Prezident İlham Əliyevə TƏŞƏKKÜR



Newscenter.az.11.07.2021. "11 ildən sonra artıq doğma vətəndəyəm! Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab Ilham Aliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!".

Newscenter.az xəbər verir ki. bu fikirləri yenicə Vətənə qayıdan, uzun illər Azərbaycandan kənarda, Fransada yaşayan Elnur Məcidli özünün facebook profilində qeyd edib. O bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi:

"Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır. Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür".

Elnur Məclidli bildirib ki, rarçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir:

"Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər.

Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın".

Mehman
Xəbəri paylaş