12 iyul Tovuz döyüşlərindən 1 il ötür
Tarix: 12-07-2021, 09:00
Newscenter.az.12.07.2021. 12.07.2020 tarixində günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmaqları nəticəsində şiddətli Tovuz döyüşləri başlamışdı.
Newscenter.az-ın xəbərinə görə, Tovuz döyüşlərinin ildönümünü yada salan Milli Məclisin deputatı Tamam Cəfərova Vətən uğrunda canından keçən qəhrəman Şəhidlərimizə Allahdan rəhmət diləyib.
Məlumat üçün qeyd edək ki, Tovuz döyüşləri zamanı aşağıdakı Vətən oğurllarımız qəhrəmanlıq göstərərək şəhid olublar.
General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Anar Gülverdi oğlu Novruzov
Mayor Namiq Hajan oğlu Əhmədov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Gizir İlqar Ayaz oğlu Zeynallı
Gizir Yaşar Vasif oğlu Babayev
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Elçin Arif oğlu Mustafazadə
Əsgər Nazim Əfqan oğlu İsmalıyov.
Millət vəkili onu da qeyd edib ki, şəhidlərimizin qisası Azərbaycanın Müzəffər Ordusu tərəfindən layiqincə alınıb.
Mehman