Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sinir hüceyrələrini məhv edən, xərçəng və bir çox xəstəliklərə səbəb olan "Çin duzu"



Newscenter.az.12.07.2021. Bir çoxlarımız hazır qidalar, ədviyyat qarışıqları, konserviləşdirilmiş şorbalar, mayonez, içkilər və s kimi qidalara “sevgi”nin arxasında asılılıq olduğunun fərqinə varmırıq.

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən qida təhlükəsizliyi üzrə ekspert Məhsəti Hüseynova deyib ki, onların tərkibinə qatılan "Çin duzu" kimi tanınan "Monosodium qlutamad" adi mono-natrium duzudur:

"Bu maddəni təbii halda qəbul etmək insan orqanizmi üçün faydalıdır. Ancaq 1960-70-ci illərdən etibarən sözügedən maddənin insan orqanizmi üçün zərərli olan süni istehsalına başlanılıb və yeməklərə əlavə dad verici kimi istifadə olunur. Dad əlavəsi kimi istifadə olunan bu maddə ilə bağlı uzun illər tədqiqatlar aparılıb və bir çox zərərləri üzə çıxıb. "Monosodium qlutamat" qısa zamanda dilin ucundakı dad refleksinə təsir edir. Həmin maddə qatılan qidalara tələbat çox olur".

Məhsəti Hüseynova bildirib ki, sinir hüceyrələrini məhv edən, xərçəng, parkinson, alzeymer, epilepsiya, şizofreniya, böyrək və qaraciyər zədələnməsi kimi bir çox xəstəliklərə səbəb olan "Çin duzu"nu 1866-cı ildə alman kimyaçı Karl Henrix Lepold kəşf edib.

NEWSCENTER.AZ
Xəbəri paylaş