Azərbaycan ordusunun hərbçisi özünü güllələyərək intihar edib
Tarix: 13-07-2021, 10:38
Newscenter.az.13.07.2021. Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.