Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BANM-in məzunundan rekord göstərici – 14 ali məktəbə qəbul olub



Newscenter.az.13.07.2021. Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Azərbaycan üzrə rekord göstəriciyə imza atıb. Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub. O, müraciət etdiyi ABŞ – ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir.

Zahir Ağayev daha bir neçə ali məktəbin ilkin qəbul imtahanlarından keçsə də artıq bu cür yüksək nəticələr əldə etdiyi üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirakdan imtina edib.

Zahir Ağayevin seçimi ABŞ-ın Konnektikut Universiteti (University of Connecticut) olub.

Yeri gəlmişkən, Zahir Ağayev 2016-cı ildə DİM-in qəbul imtahanından 650 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. Ali Məktəbi 91.09 Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirib.

R.Mehdiyeva
Xəbəri paylaş