Newscenter.az.13.07.2021. Azərbaycanda din xadimlərinin vaksinasiyası başa çatıb.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev deyib.
"Çünki məscidlər açılandan sonra din xadimi orada imamlıq edir və namazda durur. Ona görə onların vaksinasiyası mütləq olmalı idi. QMİ də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edərək din xadimlərinin vaksinasiyasını təşkil elədi və kimlər ki, vaksinasiyadan keçməmişdi onların da hamısı peyvənd olundular. Sadəcə olaraq, ola bilər ki, keçirdiyi xəstəliklə əlaqədar bir neçə din xadiminə peyvənd vurulması tövsiyə olunmayıb. Onlar da müəyyən vaxtdan sonra vaksinasiya olunacaq", - QMİ rəsmisi bildirib.
Qeyd edək ki, Azərbaycanda iyunun 10-dan dini ibadət yerlərinin fəaliyyətinə icazə verilib.