Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri keçirilir



Newscenter.az.13.07.2021. AFFA-nın maliyyə dəstəyi, “Sirius” FK futbol akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinin açılış mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə AFFA-nın texniki direktoru, cənab Cahangir Həsənzadə, Sosial Xidmətlər Agentliyinin Müəssisələrlə iş departamentinin müdiri Sara xanım Ağayeva, millət vəkilləri Müşfiq Cəfərov, Pərvin Kərimzadə, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev çıxış edərək layihənin əhəmiyyətindən, dövlətin xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstəyindən, onların cəmiyyətə adaptasiyasının vacibliyindən bəhs edib, bu kimi layihələrin ölkəmizin sağlam gələcəyinin qurulması istiqamətində mühüm rol oynadığını bildiriblər.

Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra turnirə start verilib.

Qeyd edək ki, turnirdə 8 komanda iştirak edir. Reqlamentə əsasən turnir ¼ final, yarım-final və final mərhələlərindən ibarət olacaq. Turnirin iştirakçılarına sertifikat, medal, qaliblərinə isə kubok və iştirakçıların sağlamlıq durumların yaxşılaşdırılması məqsədilə reabilitasiya üçün pul mükafatı təqdim ediləcək.

Sevinc
Xəbəri paylaş