Azərbaycanda körpələr evi koronavirusa görə bağlanıb
Tarix: 14-07-2021, 15:30
Newscenter.az.14.07.2021. Tovuz rayonunun Aşağı Quşçu kəndindəki 1 saylı Körpələr evinin fəaliyyəti müvəqqəti dayandırılıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, buna həmin müəssisədə tərbiyəçi işləyən qadının koronavirusa tutulması səbəb olub.
Qeyd edək ki, həmin şəxs vaksin olunmasına baxmayaraq, COVID-19-a yoluxub.