Newscenter.az.14.07.2021. “Narkomaniya - Ağ ölüm sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib.! Bu ifadələr, bu deyimlər cəmiyyətimizdə səsləndikcə normal həyat tərzi keçirən hər bir insan üçün nə qədər tükürpədici və son dərəcədə iyrənc, qorxunc səslənir. İstər-istəməz düşünürsən ki, bu xəstəliyə düçar olanları heç kim məcbur etməyib, onlar özləri bilərəkdən bu narkomaniyanın toruna düşüblər və sonda ölüm kabusu sayılan bu cəhənnəm torundan çıxmaq çox çətin olur və əksər hallarda da heç çıxmaq olmur. Bununla bağlı bütün bəşəriyyət mütəmadi olaraq həyəcan təbili çalmaqdadır.Ümumdünya Səhiyyə Təşkilatı bu bədnam, iyrənc vərdişlərin ölümlə nəticələnməsini, özü də çox hörmətsiz və biyabrçı ölümlə nəticələnməsini hələ də narkamanlara izah etməkdədirlər.
Bu gün 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) adına xəstəxanada xəstə ziyarətinə getmişdim.Yan palatada bu bəlanın qurbanına cevrilən gəncin həyat savaşı verə verə, dəqiqə-dəqiqə ölümünü izlədim həyatla ölüm arasında çarpışırdı və nəhayət "ağ ölüm" qurbanı oldu... Dəhşət idi.....Ölümünü belə istehza ilə izləyən, bumbuz simaları ilə dediklərini xüsusi bir acıliqla xatırlamamaq da olmur: ”Neyləyək, özü özünə edib da! Bunun axırı yoxdur!”. Bu sözlərdən doğan laqeydlik yaşamağındansa ölməsi yaxşıdı deyən insanlar.......Cox pis hisslər kecirdim,Həyatla mübarizə aparanda uzaqdan baxmişdim.....
…Cox gənc idi.....Axı oda hansısa bir ananın balası idi....Axı, Onu bu hala gətirən insanların vicdan, insanlıqları da ölü kimidir.....Axı oda Azərbaycan balasıdır!
Narkoman cinayətkar deyil, cinayətin qurbanıdır.....
…Var ucuz ölüm, var çox ucuz ölüm. Cibindən pul verib, çox ucuza alına bilən ölümdür "ağ ölüm".. Boyük Tanrının bunlara bəxş etdiyi ömürü, Tanrı buyurduğu kimi yaşaya bilmirlər. Çox təəsuflər olsun ki, bu təhlükəli xəstəliyin sayı günü- gündən artmaqdadır. Real həyatın virtuala daşınması sosial şəbəkələrdə kriminala da geniş imkanlar yaradıb. Ən pisi isə odur ki, internet üzərindən narkotiklərin ölkəmizdə satışı sürətlə genişlənir.Bu haqda xəbərlərin intensivləşməsi ölkədə onlayn narkotik satışı, virtual narkoticarətin genişlənməsi haqda fikirlər söyləməyə əsas verir.Belə onlayn satışın ən təhlükəli tərəfi də internetdən əsasən gənc nəsil istifadə etməsidir. Virtual məkanda gənclərə birbaşa çıxış virtual “barıqa”ların işinə yarıyır. Gəncləri sintetik narkotiklərin ziyanlı olmaması kimi yalan məlumatlarla cəlb edib narkobazarı genişləndirir, sonradan narkotikdən asılı duruma düşən gənclərdən narkokuryer kimi istifadə edirlər.
Birmənalı olaraq, bu gün ucuz qiymətə satilan narkotik maddə istifadə edən gənclər tez bir zamanda qəbir evinə çatırlar.Küçədə axsayan, qolları şişkin yaralarla dolu, dişləri tökülmüş, aqressiv üz ifadəli gənclərin mütləq əksəriyyəti “narkotika”nın quludur. Həkimlərlə söhbət zamanı kimyəvi narkotiklərə meyl son vaxtlar qızlar arasında daha geniş yayılması haqqında məlumat aldım.
Həkim bildirdiyinə görə narkotiklərdən qızlar kilo atmaq məqsədilə istifadə edirlər. Ciddi fəsadlara yol açacağı fərqinə varmayan gənclər bu təhlükəni bir dəfə dadandan sonra ölümlərinin fərmanını imzalamış olurlar.Belə ki, bu maddələrdən mütəmadi olaraq istifadə edənlərin orqanizmləri zəifləməyə, bədəni fiziki gücdən düşməyə, həmçinin daxili orqanlar - qaraciyər, böyrək öz funksiyasını itirməyə başlayır.
Narkomaniya təkcə xəstənin özünə deyil, bütün cəmiyyətə böyük ziyan vuran sosial xəstəlikdir.Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının, hüquq mühafizə orqanlarının daim diqqət mərkəzindədir.
Ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində hüquq mühafizə, qanunvericilik və müalicə ilə yanaşı, önəmli faktor olan profilaktik tədbirlərin həyata keçirilməsinə də xüsusi diqqət ayrılmışdır.Bu ümumbəşəri bəlaya qarşı birgə mübarizədə təhsil müəssisələrinin üzərinə böyük işlər düşür. Gənclərimizin bu mövzuda maarifləndirilməsi üçün bütün səy və bacarıqlarımızı birləşdirməliyik belə ki, gənc nəsillərlə mütamadi narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə istiqamətində görülən işlər barədə məlumat verməliyik.Əgər hər kəs bütün ətrafına diqqət və qayğı göstərərsə, onun gələcək rahatlığını təmin etmək mümkündür. Odur ki, valideynlər, müəllimlər, dost-tanışlar, qohum-qonşular narkotik vasitələrdən istifadə edənlərin dərhal üzə çıxarılmasına və stasionar müalicəyə göndərilməsinə köməkliyi əsirgəməməliyik...
SAĞLAM GƏNCLİK
SAĞLAM GƏLƏCƏKDİR
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı