Newscenter.az.14.07.2021. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda görüş keçirilib. Newscenter.az-a daxil olan xəbərə görə, onlayn formatda təşkil olunan görüşdə Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbir sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması yolu ilə fəaliyyətin effektivliyinə nail olunması məqsədilə təşkil edilib.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov, həmçinin Quba-Xaçmaz regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.
Bu cür görüşlərin mütəmadi olaraq müxtəlif regionlar üzrə təşkili planlaşdırılır.
Qeyd etmək lazımdır ki, Sahikarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsində güzəştli kredit və avadanlıq kreditini təmin edən, həmçinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsini həyata keçirən əsas operatorlardan biridir.
Sevinc