Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sərhəd bilməyən erməni həysızlığı

[
Sərhəd bilməyən erməni həysızlığı


Newscenter.az.14.07.2021. Azərbaycan Respublikası hakimiyyəti tərəfindən 9-10 iyul tarixlərində erməni vəhşilərinin işğalından azad edilmiş Şuşa və Fizuli şəhərlərinə bir sıra ölkələrin diplomatik nümayəndələrinin iştirakı ilə təşkil olunmuş səyahət həyasızlığın həddini bilməyən ermənilər tərəfindən etirazla qarşılanmış, hətta Ermənistan Xarici İşlər Nazirliyi bununla əlaqədar həmin ölkələrin hökumətlərinə “nota” (?!) vermişdir.

Hər şeydən göründüyü kimi, ATƏT-in Minsk Qrupunun bədnam, ermənipərəst həmsədri olan ölkələrin (ABŞ, Fransa və Rusiyanın) səfirlərinin, dəvət edilmələrinə baxmayaraq, bu səyahətdə iştirakdan imtina etmələri erməniləri “ruhlandırıb”. “Notada” bütün mövcud tarixi reallıqlara baxmayaraq “Arsağ” həyasızcasına erməni torpağı, Şuşa şəhəri isə onun tarixi mərkəzi (?) adlandırılır və xarici ölkələrin diplomatlarının bu ərazilərə səyahətinin “qəbuledilməzliyi” (?) qeyd edilir.

İşğal etdiyi Azərbaycan ərazilərini yerlə-yeksan edən erməni vandalları, bu ərazilərdə minlərlə azərbaycanlını qətlə yetirən, etnik təmizləmə aparan erməni faşistləri “notada” həyasızcasına qeyd edirlər ki: “Ermənistan güc tətbiq edilməsinə haqq qazandıracaq hər hansı bir hərəkətdən çəkinməyə və bununla da regional sülhə və təhlükəsizliyə xələl gətirməməyə çağırır”(?). Dəvəquşu kimi başını kola soxub gizləndiyini hesab edən erməni faşistləri yaxşı anlayırlar ki, xarici ölkələrin diplomatlarının, KİV-ri nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səyahətləri onların nə qədər qəddar, vandal, vəhşi bir tayfa olduğunu öz gözləri ilə görəcəklər! Ermənilər elə hesab edirlər ki, bu cür “notalarla” öz vəhşi hərəkətlərinin faş olmasına mane ola biləcəklər.

Bu notada ən çox diqqət çəkən məqam xarici ölkə diplomatlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səyahətinin “ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyinə zidd olduğunun” xüsusi olaraq vurğulanmasıdır. Göründüyü kimi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr Cənubi Qafqazda öz məkirli niyyətlərini reallaşdırmaq üçün erməniləri regionda yaranmış reallığı qəbul etməməyə sövq edirlər və onlara hansısa “ümidlər” verirlər (?). Yoxsa bütün varlıqları müddətində daim başqalarının əlaltısı, maşası olan, himayədarlarının dəstəyi ilə türklərə qarşı soyqrım törədən, əzəli və əbədi türk torpaqlarında özlərinə “dövlət” quran bu vəhşi toplum qeyd edilən “nota”nı verməyə cəsarət etməzdi! Görünür ermənilər son nəfərlərinə kimi əzəli və əbədi türk torpaqlarından qovulmayana kimi öz çirkin niyyətlərindən əl çəkməyəcəklər. Bizə isə bir daha ermənilərə xatırlatmağımız qalır: özünüzü yığışdırın, həyasızlıqlarınıza, türk torpaqlarına göz tikməyə son qoyun, yoxsa bizi İrəvanda qarşılayacaqsınız!!!


Teyyub Qənioğlu-Təkamül Partiyasının sədri
Xəbəri paylaş