Newscenter.az.14.07.2021. Bu gün- iyulun 14-də son iki əsrin ən böyük azəri türklərindən olan Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 52 ili tamam olur Qədirşünas xalqımızın hər bir nümayəndəsi, fərdi Heydər Əliyev fenomeni, o dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolu, xalqımıza bəxş etdiyi misilsiz töhfələr barədə özünəməxsus şəkildə fikirlər söyləyir: “Heydər Əliyev uçurumun bir addımlığında olan dövlət müstəqilliyimizi məhv olmaqdan xilas etdi”, “Azərbaycanın bu gün dünyaya səs salan hərtərəfli inkişafı Heydər Əliyev siyasi kursunun təntənəsidir”, “Ulu öndərin ən böyük nailiyyətlərindən biri ölkəmiz üçün Şərqlə Qərb arasında möhtəşəm körpü salmasıdır” və sairə ifadələrin hər biri özündə dəyərli həqiqəti əks etdirir. Həmin ifadələrin hamısına hörmətlə yanaşır, yüksək qiymətləndiririk. Ancaq istərdik ki, Heydər Əliyev siyasi dühasının böyüklüyü barədə söz açan soydaşlarımız bu titanik fəaliyyətin miqyasını təkcə 90-cı illərdən sonrakı dövrlə bağlamasınlar.
1969-cu il iyul ayının 14-də keçirilən plenumunda Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Bu gün haqqında söz açdığımız istənilən uğur, nailiyyət və müvəffəqiyyətimizin təməli məhz həmin gün — 52 il əvvəlki iyulun 14-də qoyulmuşdur.Tarixi bir hadisə kimi yaddaşlara yazılan həmin plenumdan sonra respublikada nizam-intizamın bərpa edilməsi, iqtisaiyyatın dirçəldilməsi, təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət potensialından yüksək səviyyədə istifadə edilməsi, bütün bu sərvətlərdən xalqın bəhrələnməsi üçün əlverişli şərait yaradılmasına start verildi.Tanrının Azərbaycan xalqına bəxş etdiyi səadətdir ki, 70-80-ci illərdə ölkəmizdə yaradılmış milli sərvətin 90-cı illərin əvvəllərində dağıdılması zamanı da o dahi şəxsiyyət möhtəşəm xilaskarlıq missiyası ilə yenidən siyasi səhnəyə gəldi. Xalqın israrlı tələbi, o dövrki iqtidarın acizanə xahişləri ilə rəhbərliyə qayıdan ulu öndər təkcə dövlətçiliyimizə qurtuluş, xalqa nicat, cəmiyyətimizə sabitlik gətirmədi, o, həm də 70-80-ci illərdə ölkədə yaradılmış iqtisadi potensialın dağıdılmasının qarşısını aldı.
Müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlərlə bəşəri idealların vəhdəti işığında daha böyük gələcəyə doğru inamla yol gedir.
Heydər Əliyev epoxası və İlham Əliyev erası keçən möhtəşəm 52 ildə Azərbaycan xalqının tarixi taleyinin və böyük gələcəyinin şansıdır.
Heydər Əliyev epoxası - İlham Əliyev erası davam edir, yaşayır, inkişaf edir və qalib gəlir.
Ruhun şad olsun Ulu Öndərimiz....
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı