Newscenter.az.15.07.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda seçicilərin fərdi qaydada növbəti qəbulunu keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü facebook sosial şəbəkə hesabında məlumat verib. Deputat qeyd edib ki, seçicilər millət vəkilindən əsasən əsasən işsizlik, məşğulluq, sosial pensiya təminatı, örüş otlaq sahələri və torpaq məsələləri ilə bağlı problemlərin həllində köməklik göstərməyi xahiş ediblər:
“Qəbula gələn rayon sakinləri arasında şəhid ailələri, qazilər, həmçinin illərdir 13 saylı Məşğulluq Mərkəzi filialında işsiz kimi qeydiyyata alınmış və bu günə kimi işsiz olan vətəndaşlar üstünlük təşkil edirdi”.
Millət vəkili bildirib ki, şəhid ailələri məişət şəraitinin yaxşılaşdırılması və sosial məsələləri, qazilər səhiyyə məsələləri və iş problemi, habelə örüş otlaq sahələrinin hansısa şəxslər tərəfindən zəbt edilməsini diqqətə çatdırıblar:
“Ümumilikdə 54 nəfər seçicini qəbul etdim, onları narahat edən məsələləri daim diqqət mərkəzində saxladığımı və həlli üçün bacardığım köməkliyi əsirgəmədiyimi bildirdim. Habelə qazilərimizin işsizliklə bağlı müraciətlərinin şəxsi nəzarətimdə olduğunu, müvafiq dövlət orqanları ilə birlikdə müsbət həllinə çalışdığımı və bu istiqamətdə səylərimi bundan sonra da davam etdirəcəyimi qeyd etdim”.
Jalə Əhmədova qəbul zamanı ona xoş təsir bağışlayan bir məqamı da qeyd edib: “Belə ki, bir neçə vətəndaş iş problemi və pensiya təyinatının müsbət həllinə görə minnətdarlıq üçün qəbula gəlmişdi. Dəyərli seçicilərimə göstərdikləri diqqətə görə dərin təşəkkürlərimi bildirirəm”.
Ruhiyyə