Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutub
Tarix: 15-07-2021, 18:25
Newscenter.az.15.07.2021. İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.