Newscenter.az.15.07.2021. Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Gənclər üçün Sahibkarlıq və İcma İnkişafı" Forumu həyata keçirilib. Newscenter.az xəbər verir ki, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icra etdiyi "Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi" layihəsi çərçivəsində baş tutan Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin birgə təşkilatçılığı və "ASAN School"un əməkdaşlığı ilə ərsəyə gəlib.
2 günlük forumda rəsmilər, dövlət və özəl sektordan dəvət edilən spikerlər iştirak edib.
Forumun 1-ci günündə Biznes konsultant və peşəkar idarəçi Fəxri Ağayevin, Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadənin, Gəncədə yerləşən "London CoffeeShop”un təsisçisi Mustafa Rəfiyevin, Gəncə KOBİM-in rəhbəri Rəvan Cəfərlinin, "KOB Dostu" departamenti Gəncə KOB Dostu Nəzrin Tağıyevanın və Azərbaycan Texnologiya Universitetinin Elm və Xarici Əlaqələr departamentinin müdiri Ülviyyə Məmmədovanın müvafiq mövzularda panelləri baş tutub.
Forumun 2-ci günündə Milli Məclisin deputatı Müşfiq Cəfərovun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin direktoru Seymur Vəliyevin və Gəncə şəhəri Gənclər Evinin direktoru Amil Qurbanovun, o cümlədən layihənin mentor-təlimçiləri Sevinc Məmmədova və Seymur Sadıxovun, Dövlət Məşğulluq Agentliyinin layihələrlə iş departamentinin baş mütəxəssisi Rəşidə Abdullayevanın panelləri olub. Sonda isə iştirakçılar üçün Forumda əməkdaşlıq edilən təşkilatların "Gənclər üçün imkanlar" başlığı ilə təqdimatları həyata keçirilib.
Layihə nəznində yaradılan Resurs Mərkəzi Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərəcəkdir. Resurs Mərkəzi 8 ay müddətində müxtəlif fəaliyyətlərin icrasını nəzərdə tutur.
Sevinc